Modern.az

Reanimasiyada olan koronavirus xəstələrinin sayı AÇIQLANDI

Reanimasiyada olan koronavirus xəstələrinin sayı AÇIQLANDI

Aktual

4 Sentyabr 2020, 21:12

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 4-nə olan statistik göstəriciləri açıqlayıb.

 

Modern.az xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 048 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər  949 313  test aparılıb. İndiyədək   543  nəfər COVID-19-dan dünyasını dəyişib, 34 419  nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 2 069 nəfərdir. Hazırda 135  nəfər reanimasiyada müalicə alır. 16  nəfər isə süni tənəffüs cihazına qoşulub.

Qeyd edək ki, bu gün Azərbaycanda 132  yoluxma, 155 sağalma faktı qeydə alınıb, 2 nəfər dünyasını dəyişib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV