Göyçay sakini bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Modern.az xəbər verir ki, Göyçay şəhərinin Qantəmir küçəsində yaşayan 1973-cü il təvəllüdlü Umudov Seymur Vəzir oğlu qarın nahiyyəsindən bıçaqlanıb. Qarın boşluğunun ön divarının kəsilmiş-deşilmiş yarası və daxili qanaxma diaqnozu ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılan Seymur Umudov cərrahiyə əməliyyatı olunub. Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (Axar.az)