Modern.az

Rövnəq Abdullayev milli komanda ilə görüşdü

Rövnəq Abdullayev milli komanda ilə görüşdü

Aktual

4 Sentyabr 2020, 22:57

UEFA Millətlər Liqası çərçivəsində sabah Bakıda Lüksemburq yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının bu gün Bakı Olimpiya Stadionunda açıq məşqi olub.

Modern.az xəbər verir ki, məşqdən əvvəl Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev yığmanın heyəti ilə görüşüb.

AFFA prezidenti milliyə turnirdə keçirəcəyi oyunlarda uğurlar arzulayıb. Komandanın baş məşqçisi Canni De Byazi çıxış edərək AFFA rəhbərliyinə təşəkkürünü bildirib.

Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və icraçı vitse-prezidenti Elxan Məmmədov iştirak edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV