Modern.az

UEFA Millətlər Liqasında I turun NƏTİCƏLƏRİ

UEFA Millətlər Liqasında I turun NƏTİCƏLƏRİ

Aktual

5 Sentyabr 2020, 00:35

UEFA Millətlər Liqasında I turun növbəti görüşləri keçirilib.

Modern.az xəbər verir ki, ikinci oyun günündə A, B və C liqalarında ümumilikdə 8 matç baş tutub.

A liqasının I qrupunda İtaliya evdə Bosniya və Herseqovinanı qəbul edib. Görüşdə qalib müəyyənləşməyib. Niderland isə doğma meydanda Polşaya çətinliklə qalib gəlib.

Gecənin digər oyunlarında isə aşağıdakı nəticələr qeydə alınıb.


A liqası

I qrup

İtaliya – Bosniya və Herseqovina 1:1

Niderland – Polşa 1:0


B liqası

I qrup

Norveç - Avstriya 1:2

Rumıniya – Şimali İrlandiya 1:1


II qrup

Şotlandiya - İsrail 1:1

Slovakiya – Çexiya 1:3


C liqası

IV qrup

Litva - Qazaxıstan 0:2

Belarus - Albaniya 0:2


Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburq seçməsinə qarşı keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV