Modern.az

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Aktual

7 Sentyabr 2020, 13:22

Sentyabrın 7-də Xarici İşlər naziri Ceyhun Bayramovla Özbəkistan Xarici İşlər naziri Əbdüləziz Kamilov arasında telefon söhbəti olub.

 

Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.

 

Nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin müxtəlif aspektləri üzrə fikir mübadiləsi aparıblar. İkitərəfli əməkdaşlığın inkişafı, o cümlədən pandemiyaya baxmayaraq ölkələr arasında ticarət dövriyyəsinin artdığı vurğulanıb.

 

Tərəflər, həmçinin Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

 

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin Özbəkistan Respublikasının Müstəqil Dövlət Birliyində (MDB) hazırkı sədrlik dövründən irəli gələn məsələləri müzakirə ediblər.

 

Telefon danışığı zamanı tərəflər digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV