Modern.az

Nazir İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Nazir İranın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Aktual

7 Sentyabr 2020, 14:15

Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvini qəbul edib. 

 

Bu barədə Modern.az-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.

 

Səfir Seyid Abbas Musəvi etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

 

Görüşdə İran və Azərbaycan arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub. Tərəflər iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparıblar. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...