Modern.az

Azərbaycan Prezidenti Şimali Makedoniyalı həmkarına məktub göndərdi

Azərbaycan Prezidenti Şimali Makedoniyalı həmkarına məktub göndərdi

Aktual

7 Sentyabr 2020, 16:02

Prezident İlham Əliyev Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Stevo Pendarovskiyə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, təbrikdə deyilir:

 

"Hörmətli cənab Prezident,

 

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

 

İnanıram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

 

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim rifah diləyirəm".

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV