Modern.az

Rusiyada koronavirus peyvəndi dövriyyəyə buraxıldı

Rusiyada koronavirus peyvəndi dövriyyəyə buraxıldı

Aktual

8 Sentyabr 2020, 08:44

Rusiyanın N.F.Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış COVID-19 əleyhinə "Sputnik V" peyvəndinin ilk partiyası mülki dövriyyəyə buraxılıb.

 

Modern.az “TASS”-a istinadən xəbər verir ki, dərmanın yaxın vaxtlarda bölgələrə çatdırılması gözlənilir.

 

Qurumdan bildirilib ki, peyvənd bütün lazımi laborator müayinələrdən keçib.

 

Testlər zamanı dərman tədqiqat iştirakçılarının 100%-də sabit humoral və hüceyrə toxunulmazlığı reaksiyası meydana gətirib və heç bir əks təsir yaratmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...