Modern.az

Qəbələdə 5 nəfər dağda köməksiz vəziyyətdə qalıb

Qəbələdə 5 nəfər dağda köməksiz vəziyyətdə qalıb

Aktual

8 Sentyabr 2020, 11:25

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qəbələ rayonunun Laza kəndində dağlıq və meşəlik ərazidə 5 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu barədə Modern.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, ətəndaşların olduğu dəqiq yer müəyyən olunduqdan sonra, FHN-in Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub. Vətəndaşlar xilasedicilərin köməkliyi ilə təhlükəsiz təhlükəsiz əraziyə endirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV