Modern.az

Türkiyədə ictimai nəqliyyatda ayaq üstə getmək qadağan edildi

Türkiyədə ictimai nəqliyyatda ayaq üstə getmək qadağan edildi

Aktual

9 Sentyabr 2020, 08:38

Türkiyədə koronavirus xəstəliyinin artması səbəbəbindən ictimai nəqliyyatda ayaq üstə getmək qadağan edilib.
Modern.az-ın məlumatına görə, bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan öz çıxışında bildirib. O, həmçinin kafe və restoranlara daha ciddi nəzarət ediləcəyi, maska taxmayan və sosial məsafəni qorumayan vətəndaşların cərimə olunacağını vurğulayıb.

Bundan əvvəl isə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca ölkənin koronavirus pandemiyasının birinci dalğasının ikinci pik həddini yaşadığını bildirmişdi. Vəziyyətin bu həddə çatmasında o, toy mərasimlərini və vətəndaşların bayramlarda diqqətsizliyə yol verməsini səbəb göstərmişdi. Nazir, eyni zamanada  ölkədə ümumi vəziyyətin nəzarətdə saxlandığını qeyd etmişdi.

Bu vaxta qədər Türkiyədə 281 min nəfər COVİD-19 xəstəliyinə tutulub, onlardan 252 min nəfəri sağalıb.               

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV