Modern.az

Yunanıstanda adamla dolu qaçqınlar düşərgəsi yanıb

Yunanıstanda adamla dolu qaçqınlar düşərgəsi yanıb

Aktual

9 Sentyabr 2020, 13:20

Lesbos adasında qaçqınlarla dolu olan “Moriya” düşərgəsi yanıb. Yerli əhali artıq təxliyə edilsə də, xəsarət alanlarla bağlı məlumat verilmir. Hadisə yerinə 10 yanğınsöndürən texnikanın cəlb edildiyi bildirilir.

Modern.az xəbər verir ki, Yunanıstanın ən böyük düşərgələrindən olan “Moriya”da təxminən 13 min insan yaşayır. Bu göstərici isə düşərgənin həcmindən dörd dəfə çoxdur. Verilən məlumatlara görə, bir neçə çadır salamat qalsa da, düşərgənin böyük hissəsi tamamilə yanıb, əşyalar külə dönüb.

Yanğının səbəbi hələ məlum olmasa da, yerli mətbuat hadisənin insan faktoru üzündən baş verdiyini yazır. Deyilənlərə görə, düşərgə mühacirlər arasında baş vermiş çaxnaşma nəticəsində yandırılıb. Çaxnaşma düşərgədə 35 nəfərin koronavirusa yoluxması xəbərindən sonra başlayıb. İnfeksiyaya tutulanlardan bəziləri təcrid olunmaqdan imtina edib, digərləri isə düşərgəni tərk etməyə cəhd ediblər.       

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV