Əfqanıstanda ölkənin vitse-prezidenti Əmrulla Salehi qətlə yetirməyə cəhd ediblər. Modern.az xarici KİV-ə istinadən xəbər veri ki, Əmrulla Saleh işə gedərkən kortejinin keçdiyi yola bomba qoyulub. Partlayış nəticəsində vitse-prezident xəsarət almasa da, mühafizəçilərindən 3-ü həlak olub, 12 nəfər yaralanıb.
Sui-qəsdin Əfqanıstanda daxili sülh danışıqlarının ərəfəsində baş verdiyi bildirilir. Kabil hökuməti və “Taliban” Radikal-İslam hərəkatının nümayəndələrinin görüş vaxtı hələ müəyyənləşdirilməyib.
Qətərdə keçiriləcək sülh danışıqlarına 400 talibçinin azadlığa buraxılması təkan verib. Siyasi analitiklər bu addımı 19 illik münaqişənin həlli istiqamətində əhəmiyyət rol oynayacağını deyirlər. Kabilin çox təhlükəli hesab etdiyi talibçilərin azad edilməsi qərarı Əfqanıstanın Ağsaqqallar Şurasının (loyya cirqa) avqustun əvvəlində keçirdiyi fövqəladə toplantısında verilib. Əfqanıstanın prezidenti isə Əşraf Hani müvafiq fərman imzalayıb. Bu siyahıya, həmçinin ölüm cəzasına məhkum edilmiş 156 nəfər də daxil edilib.