Modern.az

Türkiyə ordusunun generalı şəhid oldu

Türkiyə ordusunun generalı şəhid oldu

Aktual

9 Sentyabr 2020, 13:32

Suriyanın İdlib bölgəsində Türkiyə ordusunun general-mayoru Sezgin Ərdoğan dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

“General-mayor Sezgin Ərdoğan 9 sentyabrda İdlib əməliyyat bölgəsində vəzifəsi əsnasında xəstələnib. Dərhal xəstəxanaya yerləşdirilən general-mayor bütün müdaxilələrə baxmayaraq şəhid olub. Hərbçinin ailəsinə, Türk Silahlı Qüvvələrinə və böyük millətimizə başsağlığı və səbr diləyirik”,- deyə nazirliyin yazılı açıqlamasında qeyd olunub.

 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XTQ həkiminin döyüş meydanında gördükləri: Şəhidlərin son sözləri, yaralıların vəsiyyətləri