Modern.az

UEFA “Qarabağ” - “Molde” matçının yerini dəyişdi

UEFA “Qarabağ” - “Molde” matçının yerini dəyişdi

Aktual

9 Sentyabr 2020, 18:00

Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" - "Molde" matçının yeri dəyişdirilib.

 

Modern.az xəbər verir ki, qarşılaşma Kiprdə baş tutacaq.

 

UEFA-nın rəsmi saytında yer alan məlumata görə, qarşılaşma sentyabrın 16-da bu ölkənin Larnaka şəhərində keçiriləcək.

 

Qeyd edək ki, püşktmanın nəticəsinə görə, qarşılaşma sentyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməli idi. Lakin Norveç klubu Bakıdan dönüşdə 10 günlük karantinə alınacağını bildirərək, qarşılaşmanın neytral meydanda oynanılması üçün UEFA-ya müraciət etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV