Modern.az

İcra Hakimiyyəti sosial şəbəkədə yayılan görüntülərə görə hərəkətə keçdi - Fotolar

İcra Hakimiyyəti sosial şəbəkədə yayılan görüntülərə görə hərəkətə keçdi - Fotolar

Aktual

9 Sentyabr 2020, 18:27

Sosial şəbəkələrdə Yasamal rayonu, Akim Abbasov kuçəsi 3 ünvanındakı binanın yaxınlığında ağacların dibinə naməlum şəxslər tərəfindən beton tökülməsi ilə bağlı məlumat yayılıb.

 

Məsələ ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən dərhal əraziyə baxış keçirilib.

 

Bu barədə Modern.az-a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, acağların dibi betondan təmizlənmiş, ağaclara su verilmiş və ərazi nəzarətə götürülüb. 

Whatsapp
Bizə yazın!
Keçid et
ABŞ İrana qarşı HÜCUMA BAŞLADI - Paytaxt bombalanır - Xəbəriniz Var? - Media Turk TV