Modern.az

Bakıda çoxmərtəbəli binada yanğın - 7 sakin təxliyə edildi

Bakıda çoxmərtəbəli binada yanğın - 7 sakin təxliyə edildi

Aktual

29 Sentyabr 2020, 12:00

Bakıda doqquzmərtəbəli binada yanğın olub. 

 

Modern.az FHN-ə istinadən xəbər verir ki, Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 45 m² olan mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yüksək temperaturdan binanın dördüncü mərtəbəsində olan mənzilin pəncərə çərçivəsi qismən əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 2-si azyaşlı olmaqla 7 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Hər iki mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...