Modern.az

BMT Təhlükəsizik Şurasının iclası bu məqsədlə çağırılıb

BMT Təhlükəsizik Şurasının iclası bu məqsədlə çağırılıb

Aktual

29 Sentyabr 2020, 12:48

Azərbaycan və Ermənistan arasında gərginliyin artması ilə əlaqədar bu gün Almaniyanın də təşəbbüsü ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

 

Bu barədə Modern.az-a Almaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

 

Səfirlikdən deyilib ki, Fransa ilə yanaşı, Almaniya bu görüşün keçirilməsi üçün təşəbbüskar ölkə kimi irəli çıxıb.

 

"Almaniya Xarici İşlər Nazirliyi və Dövlət katibi regiondakı vəziyyətlə yaxından maraqlandığı üçün bu təşəbbüslə çıxış edib. Bu görüş sırf siyasi məlumatlandırıcı xarakter daşıyır, görüşdə hər hansı qətnamə qəbul olunmayacaq", - deyə səfirlikdən bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada