"Xalqımız üçün çox fərəhli haldır ki, Ordumuz əkshücum əməliyyatlarına başlayıb”,
Modern.az-.nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib.
"O təklif edib Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi Milli Məclisə dəvət olunsun və qapalı iclas keçirilsin” Milli Məclis proseslərdən kənar qalmasın, fikir mübadiləsi aparılsın. Narahat olduğum digər məsələ Ermənistan tərəfindən Türkiyənin də hərbi əmməliyyatlara cəlb edilməsi ilə bağlı yaydığl xəbərlərdir. Bu xəbərlər rəsmilər tərəfindən təkzib olunur. Amma bu məsələ təkrar-təkrar vurğulanmalıdır ki, biz bunu edə bilərik, ancaq hələ buna ehtiyac görmürük. Bizim kollektiv müdafiə olunmaq hüququmuz var. Buna görə də Ermənistan KTMT-nin üzvüdür. Bizim torpaqlarımız zaanında Rusiyanın hərbi birləşmələrinin dəstəyi ilə işğal olunub. Rusiyadan olan jurnalistin öz qeydlərində dünyada gördüyü ən qəhrəman insan kimi Vəzir Orucovdan bəhs edir. Burada da Rusiya Ordusunun Qarabağın işöalında iştirakına da toxunulur. Digər tərəfdən Merkelin, Makronun Prezident İlham Əliyevə insan ölümündən narahat olmaqla bağlı müraciətləri var idi. BMT TŞ təcili toplanır. Bu gün bunu edənlər niyə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına mane olmurdular?! Azərbaycan tərəfi bunların heç birinə, BMT-nin yeni qətnaməsinə məhəl qoymamalıdır. Necə ki, Ermənisan neçə illərdir Ermənistan bunu edir. Biz müharibə dövründə də, atəşkəs dövründə çox sayda insan itirmişik. Azərbaycan xalqının haqqı var ki, səfərbərliyə getsin, itkilərdən, dağıntılardan qorxmadan öz torpaqlarını azad etsin”.
Milli Məclisin sədri Sahibə Qafarova qapalı iclas keçirilməsi ilə bağlı təklifinə cavab olaraq bildirib ki, hərbi vəziyyətlə əlaqədar iclasın qapalı keçirilməsinin nə qədər düzgün olacağını düşünmədiyini bildirib.