"Səfərbərlik xidmətinin gördüyü ən yaxşı işlərdən biri də gənclərə təlim keçirilməsidir. Bununla da gənclər döyüşlərə hazır olur. Bu qurumun 10 illlik medalının təsis olunması da çox gərgin iş dövrünə təsadüf edir”.
Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Birinci vitse-spiker Əli Hüseynli deyib.
O bildirib ki, indiki məqamda səfərbərlik xidməti ilə bağlı medalın təsis edilməsi bizim ordu quruculuğu ilə bağlı verdiyimiz ciddi töhfə olacaq.
Deputat Siyavuş Novruzov isə ordumuzun həyata keçirdiyi uğurlu əməliyyatlarla bağlı Prezidenti, Vitse-Prezidentə, deputatları və xalqı təbrik edib:
“Səfərbərlik bizim ordu quruculuğumuzun əsasını təşkil edən qurumlardan biridir. Bu gün bu qurumda çox böyük şəffaflıq var. Medalın təsis edilməsi də bu baxımdan çox müsbət hadisədir. Digər tərəfdən müharibə veteranlarından da çoxsaylı müraciətlər var. Onların əksəriyyəti döyüşlərdə iştirak etmiş şəxslərdir. Azərbaycanda təxminən 80 minə yaxın müharibə veteranı var. Ancaq onlardan hələ də bəziləri haqqını ala bilmir. İcra başçısından arayış istəyirlər. Ancaq o icra başçılarının çoxu ya ölüb, ya işdən çıxıb. Biz onların haqqlarını bərpa etməliyik. Onu da qeyd edim ki, həmin insanlar bu gen də səfərbərlik idarələrinə döyüşə getmək üçün müraciət edir. Onlar həmin əraziləri çox yaxşı tanıyırlar. İkinci məsələ isə siyasi partiyalar son məsələlərlə bağlı bəyanat yaydı amma buna qoşulmayan yenə iki partiya oldu. Buns da təəccüblənməyə dəyməz. Üçüncüsü, Gəncədən çoxsaylı məsələlət daxil olub. Gəncə şəhərində iki rayonun ləğv edilməsi ilə bağlı müraciətlərdir. Gələcəkdə bu məsələyə baxılsa, yaxşı olar”.