Modern.az

TÜRKPA Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək

TÜRKPA Qırğızıstanda parlament seçkilərini müşahidə edəcək

Aktual

30 Sentyabr 2020, 14:44
Üzv ölkələrin parlamentarləri, eləcə də TÜRKPA katibliyinin diplomatik heyətindən ibarət  TÜRKPA Beynəlxalq Müşahidəçi Missiyası 4 oktyabr 2020 - ci il tarixində Qırğızıstan Respublikasında keçiriləcək parlament seçkilərinin qısamüddətli monitorinqini aparacaq.
 
Müşahidə proqramına Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının yüksək vəzifəli şəxsləri ilə görüşlər daxildir. Səsvermə günü Missiya  Bişkekdə bir sıra seçki məntəqələrində seçki müşahidəsi aparacaq.

5 oktyabr tarixində Missiyanın seçkilərin nəticələrinə dair mətbuat konfransının keçirilməsi nəzərdə tutulur.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...