Modern.az

Deputat ermənilərin yaraladığı gəncə baş çəkdi

Deputat ermənilərin yaraladığı gəncə baş çəkdi

Aktual

30 Sentyabr 2020, 15:52

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputatı Ceyhun Məmmədov Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Ermənistan ordusunun atəşi nəticəsinə yaralanmış Cocuq Mərcanlı kənd sakini Hilal Murad oğlu Həziyevə baş çəkib, onun əhvalıyla maraqlanıb.

Modern.az-ın məlumatına görə, deputat daha sonra Hilal Həziyevin həkimləriylə görüşüb və onlardan yaralıya köməyi əsirgəməməyi xahiş edib.

Xatırladaq ki, ki, 28 sentyabr saat 18 radələrində Ermənistan ordusunun Azərbaycan əhalisini ağır artilleriyadan atəşə tutması nəticəsində Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd sakini 2000-ci il təvəllüdlü Həziyev Hilal Murad oğlu baş nahiyyəsindən ağır yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada