Modern.az

 3 rayonda məktəblərin fəaliyyəti dayandırılıb

 3 rayonda məktəblərin fəaliyyəti dayandırılıb

Aktual

30 Sentyabr 2020, 17:12

Respublikada elan olunmuş hərbi vəziyyətlə əlaqədar 3 rayonda məktəblərin fəaliyyəti dayandırılıb.

Modern.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı avqustun 27-də keçirilən brifinqdə deyib. O bildirib ki, 11 rayonda isə məktəblər hərbi vəziyyətə uyğun olaraq fəaliyyət göstərir.

Respublika üzrə 1 məktəbdə - Quba rayonu Qamqam kənd orta məktəbində və 19 sinifdə təhsilin distant formasına keçirilib.


Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonundakı məktəblərdə isə həftə ərzində əyani formada keçirilən dərs günlərinin sayı artırılıb.


Emin Əmrullayevin sözlərinə görə, yoluxma sayı azaldığına görə şagird sayı 200-dən çox olan məktəblərin ibtidai siniflərdə əyani dərs günlərinin sayı həftədə 2 dəfədən 3 dəfəyə keçirilir. Şagird sayı 200-dən çox olan məktəblərdə həftədə 5 dəfə əyani dərs olacaq.

Nazir qeyd edib ki, 5-9-cu siniflərdə dərslər həftədə 3 dəfə olacaq. 10-11-ci siniflər isə hələ də distant formada dərs keçəcək:

"Hazırda 2307 məktəbdə şagird sayı 200-dən azdır. Buna görə də çox məktəbdə ənənəvi dərs formatına qayıdılır".

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada