Modern.az

Ermənilər Füzulinin yaşayış məntəqələrini atəşə tutub - FOTOLAR

Ermənilər Füzulinin yaşayış məntəqələrini atəşə tutub - FOTOLAR

Aktual

30 Sentyabr 2020, 18:15

Ermənistan Silahlı Qüvvələri Azərbaycanın cəbhəboyu ərazilərdə yerləşən yaşayış məntəqələrini atəşə tutmaqda davam edir.

 

Modern.az Trend-ə istinadən məlumat verir ki, erməni hərbi birləşmələri kənd və digər yaşayış massivinə ağır artilleriya atəşinə tutur. Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatları qarşısında tab gətirə bilməyən erməni ordusu çıxış yolunu təxribalara əl atmaqda görür. Erməni hərbi birləşmələri artıq mülki şəxsləri hədəf almaqla acizliklərini sübuta yetirirlər.

 

Görüntülər Füzuli rayonundandır. Erməni hərbi birləşmələri Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinə deyil, rayonun kəndlərinə atəş açır. Nəticədə xeyli evə külli miqdarda ziyan dəyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada