Modern.az

“Bavariya” bu il 5-ci titulunu qazandı

“Bavariya” bu il 5-ci titulunu qazandı

Aktual

1 Oktyabr 2020, 00:52

Almaniya Superkubokunun qalibi müəyyənləşib.
 

Modern.az xəbər verir ki, həlledici oyun Münhenin “Alyans Arena” stadionunda baş tutub.
 
2019/20 mövsümündə ölkə çempionu və kubokun qalibi olan “Bavariya” Bundesliqanın gümüş mükafatçısı Dortmund “Borussiya”sı ilə üz-üzə gəlib. 2020-ci ildə oynadığı bütün turnirlərin qalibi olan Hans-Diter Flikin yetirmələri iki top üstünlüyü qazansa da, dortmundlular hesabda tarazlıq yaratmağa müvəffəq olub.
 
Münhen təmsilçisi qarşılaşmanın taleyini oyunun sonlarında həll edib. Coşua Kimmixin qolu sayəsində “Bavariya” meydandan qələbə ilə ayrılıb.
 
Bu, komandanın il ərzində 5-ci tituludur. Avropada Çempionlar Liqası və Superkuboka yiyələnən “Bavariya” Almaniyada çempionluqla kubokun ardından Superkubokun qalibi adını qazanıb.
 
Qeyd edək ki, “Bavariya” tarixində 8-ci dəfə Almaniya Superkubokuna sahib çıxıb.
 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada