Modern.az

“Qarabağ” bu gün “Legiya”ya qarşı oynayacaq

“Qarabağ” bu gün “Legiya”ya qarşı oynayacaq

Aktual

1 Oktyabr 2020, 11:19

Bu gün "Qarabağ" Avropa Liqasında pley-off mərhələsinin oyununa çıxacaq.

Modern.az xəbər verir ki, Ağdam klubu səfərdə Polşa "Legiya"sı ilə qarşılaşacaq. Varşavanın "Voyska Polskoqo" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Matçın baş hakimi Almaniya Futbol Federasiyasından Tobias Stieler olacaq.

"Qarabağ" bu oyunda qalib gələcəyi təqdirdə, Avroliqanın qrup mərhələsinə yüksələcək.

Xatırladaq ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Molde"yə uduzduğu üçün (əsas və əlavə vaxt - 0:0, penaltilər seriyası - 5:6) Avroliqanın pley-off mərhələsində çıxışını davam etdirir.

1 oktyabr

22.00. "Legiya" (Polşa) - "Qarabağ" (Azərbaycan)
Baş hakim: Tobias Ştiler (Almaniya)

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada