Uğurlar, Azərbaycan əsgəri!
Uzun illər həsrətlə gözlədiyimiz anlar artıq çox yaxındadır.
Siyasi diplomatiya, hərbi güc və Ali Baş Komandanın polad iradəsi nəticəsində itirilmiş torpaqları geri qaytarmaq sevinci bizi son dərəcə ruhlandırır.
Artıq ermənilər vəlvələ içindədirlər, hiylə ilə öz “himayədarları”dan müharibənin dayandırılması üçün davamlı xahişlər edirlər.
Haqq ədalət bizim tərəfimizdədir!
Bütün dünya ictimaiyyəti reallığı və tarixi tam anlayır, ermənilərin iç üzünü bir daha ğörə bilir.
Sevindirici haldır ki, BMT-nin qətnamələrinin icrasını, torpaqlarımızın qaytarılmasını nəhayət ölkəmiz nə Minsk qrupu, nə də digər beynəlxalq təşkilatların və ya böyük ölkələr vasitəsi ilə deyil - sırf öz daxili imkanları sayəsində təmin etməyə nail ola bilir.
Tezliklə şanlı bayrağımız Xankəndi, Şuşa və digər əziz topraqlarımızda dalğalansın! Yaşasın Azərbaycan əsgəri!
Azərbaycan İqtisad Universitetinin professoru, sabiq maliyyə naziri Əvəz Ələkbərov