Modern.az

Azərbaycanın idman federasiyası dünya idman ictimaiyyətinə müraciət etdi

Azərbaycanın idman federasiyası dünya idman ictimaiyyətinə müraciət etdi

Aktual

1 Oktyabr 2020, 12:58

Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyası dünya idman ictimaiyyətinə müraciət edib. Modern.az xəbər verir ki, müraciətdə deyilir:

“Əziz dostlar, Azərbaycan Respublikası ərazisinin 20 faizi (Dağlıq Qarabağ və 7 rayon) Ermənistan dövləti tərəfindən işğal olunub. Bu işğalçılıq siyasəti 30 ilə yaxındır davam edir. BMT və digər beynəxalq təşkilatlar qərar və qətnamələrində bildirirlər ki, Ermənistan silahlı qüvvələri qeyri-şərtsiz Azərbaycan torpaqlarını tərk etməlidirlər.

2020-ci il 27 sentyabrda Ermənistan silahlı qüvvələri yenidən Azərbaycana qarşı hərbi təxribat törətdilər. Azərbaycan bu təxribata əks hücum olaraq öz ərazi bütövlüyünü bərpa etməyə çalışır. Lakin bəzi ermənipərəst dövlətlər məsələnin sülh yoluyla həll etməye çağırırlar. Bu 30 il göstərdi ki, məsələnin sülh yoluyla həll olunması mümkün deyil.

Əziz dostlar, dövlətimiz beynəlxalq siyasi arenada layiqincə ölkəmizin haqq səsini çatdırır. Bizim sizdən xahişimiz odur ki, xarici ölkələrdəki həmkarlarınıza çatdırın ki, öz dövlətlərindən tələb etsinlər ki, Azerbaycanın ərazi bütövlüyünü bərpa etməkdə dəstək olsunlar.

Hörmətlə, Azərbaycan Savat və Şaolin Döyüş Sənətləri Federasiyasının prezidenti Rafiq Əliyev”.

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada