Modern.az

Cənubi Azərbaycandan səfərbərliyə qatılmaq üçün xeyli müraciətlər var -  Sayman Aruz

Cənubi Azərbaycandan səfərbərliyə qatılmaq üçün xeyli müraciətlər var -  Sayman Aruz

Aktual

1 Oktyabr 2020, 13:01

Qarabağda gedən döyüşlərlə bağlı dünyanın hər yerindən fərqli fikirlər səslənir. Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın məsələyə münasibəti isə hərkəsə maraqlıdır.

 

Bu barədə Modern.az-a danışan Azərbaycan Yazıçılar birliyinin Güney Azərbaycan şöbəsinin sədri Sayman Aruz bildirib ki, Cənubi Azərbaycanda yaşayan soydaşlarımız da, Müstəqil Azərbaycan Dövləti ilə eyni əhval-ruhiyyəyə malikdirlər:

 

“Onlar da Qarabağın tamamilə azad olunmasını canı-könüldən istəyirlər. Bütün varlığımız ilə bu məsələdə Azərbaycanın yanındayıq. Cənubi Azərbaycandan səfərbərliyə qatılmaq üçün xeyli müraciətlər var. Soydaşlarımız deyirlər ki, biz də Qarabağın alınmasında aktiv iştirak etmək istəyirik. Bu çox sevindirici haldır ki, bu gün hamımız eyni məqsəd üçün çalışırıq. İran yolu ilə Ermənistana hərbi yardım göstərilməsinə bütün Cənubi azərbaycanlılar öz etirazlarını bildirdilər. Onlar bu prosesi yaxından izləyirlər. Ali Baş Komandanımızın Cənub Azərbaycanda yaşayan soydaşlarımızla dövlətimiz arasında həmrəylik yaranmasında böyük rolu var. Baş Komandanın ətrafında sıx birləşən dünya azərbaycanlıları, Azərbaycanın maraqlarını qorumağa qadirdir”.

 

Fidan Əli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada