Modern.az

Ceyhun Məmmədov “TRT Arapça”ya cəbhədəki son hadisələrdən danışdı

Ceyhun Məmmədov “TRT Arapça”ya cəbhədəki son hadisələrdən danışdı

Aktual

1 Oktyabr 2020, 13:09

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov “TRT Arapça” kanalına cəbhə bölgəsində baş verən son hadisələrdən bəhs edib.

Modern.az-ın məlumatına görə, deputat  bildirib ki, ermənilər 30 ilə yaxındır ki, torpaqlarımızı işğal ediblər və bu müddət ərzində işğal etdikləri ərazilərimizi geri qaytarmaq niyyətləri olmayıb.

“Azərbaycan uzun illərdir münaqişənin sülh yolu ilə həllinə çalışırdı. Ermənilər isə davamlı olaraq cəbhə bölgəsində təxribatlar törədirdi. Təəssüf ki, beynəlxalq qurumlar ermənilərin bu təxribatlarına adekvat reaksiya vermirdilər. Bu da ermənilərin yeni təxribatlar törətməsinə şərait yaradırdı. Azərbaycan davamlı olaraq beynəlxalq qurumları bu barədə məlumatlandırırdı”.

C.Məmmədov qeyd edib ki, münaqişənin bir həlli yolu var, o da torpaqlarımızın işğaldan azad olunması.

O bildirib ki, Azərbaycan heç kimin torpağına təcavüz etməyib, öz torpağını terrorçulardan təmizləyir:

“Ordumuz öz torpaqlarını geri qaytarmaq uğrunda mübarizə aparır və Azərbaycan bu dəfə öz ərazilərinin müdafiəsi uğrunda əlindən gələni edəcək, işğal olunmuş torpaqlarını düşməndən azad edəcək”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada