Modern.az

“Azəraqrartikinti”orduya 50 min manat köçürdü

“Azəraqrartikinti”orduya 50 min manat köçürdü

Aktual

1 Oktyabr 2020, 13:44

“Azəraqrartikinti” ASC Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat köçürüb.

 

Modern.az xəbər verir ki, Azərbaycanın Respublikasının ərazi bütövlüyü uğrunda mübarizədə peşəsindən asılı olmayaraq hər bir vətəndaşın və qurumun üzərinə böyük məsuliyyət düşür.

 

Cəbhə bölgəsində torpaqlarımızın azad olunması uğrunda gedən qızğın döyüşlərdə ordumuza dəstək olmaq naminə “Azəraqrartikinti” şirkəti də öz üzərinə düşən məsuliyyəti yerinə yetirir. Bu günlərdə torpaqlarımızın azadlığı uğrunda ordumuzun sıralarına qoşulanlar arasında səhmdar cəmiyyətin əməkdaşları da var.

 

Ordumuzun uğurlu hərbi əməliyyatlarına dəstək olmaq üçün “Azəraqrartikinti” ASC tərəfindən Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat  köçürülüb.  Səhmdar cəmiyyətin kollektivi hər zaman dövlətimizin yanındadır və ordumuza bundan sonra da hər cürə dəstək verməyə hazırdır.   

Sizə yeni x var
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada