Modern.az

Ali Məhkəmə Orduya 120 min manat ianə köçürdü

Ali Məhkəmə Orduya 120 min manat ianə köçürdü

Aktual

2 Oktyabr 2020, 10:26

Ali Məhkəmənin hakimləri və əməkdaşları vətəndaş fəallığı və orduya dəstəklərini nümayiş etdirərək mütamadi olaraq əmək haqlarının bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürürlər.                                                                        

Bu barədə Modern.az-a Ali Məhkəmənin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edilib ki, cəmiyyətimizdə mövcud olan milli həmrəylikdən və ordumuzun cəbhəboyu apardığı uğurlu əməliyyatlarından ruhlanan Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri və əməkdaşları Silahlı Qüvvələrə Yardım Fonduna 120 min manat məbləğində pul vəsaiti köçürüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...