Ermənistan uzun illərdir ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı qüvvələrinin işğal altında olan Azərbaycan ərazilərindən tam, dərhal və qeyri-şərtsiz çıxarılması haqqında 1993-cü ildə qəbul edilən dörd qətnaməsinə, hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı gücün tətbiq edilməsindən çəkinmək haqqında BMT Nizamnaməsinin tələblərinə məhəl qoymur, öz öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonu işğal altında saxlayır və mütəmadi olaraq təxribatlar törədir. Keçən vaxt ərzində Ermənistan höküməti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla, beynəlxalq hüququn norma və prinsipləri əsasında həll olunmasına mane olunub və danışıqlar prosesindən yayınıb son illərdə, Paşinyanın hakimiyyəti dövründə Ermənistan açıq şəkildə təxribatlar törətməyə başladı, sərhədboyu ərazilərdə dinc əhaliyə hərbiçilərə ağır artilleriyalardan atəş açıldı. Göründüyü kimi Ermənistan höküməti nəinki, beynəlxalq hüququn norma və prinsiplərinə əməl etmir həyasızcasına işğalçılıq siyasətini davam etdirərək bunu müharibə həddinə çatdırıb.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Ermənistanın müharibəyə hazırlaşması barədə beynəlxalq təşkilatları dəfələrlə məlumalandırıb.
Ermənistan hökümətinin mövqeyi nəinki regionda sülhün bərqərar olunmasında böyük təhlükəyə çevrilib, həmçinin Ermənistanın regionda böyük layihələrdən kənarda qalması ilə iqtisadiyyatının böhran həddinə düşməsinə səbəb olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dosenti Mirağa Əhmədov