Modern.az

Nikol Paşinyan yalan paylaşımlarla xalqını təşvişə salır - Hikmət Hacıyev

Nikol Paşinyan yalan paylaşımlarla xalqını təşvişə salır - Hikmət Hacıyev

Aktual

2 Oktyabr 2020, 14:30

Dünən Ermənistan baş naziri öz xalqını təşvişə salacaq formada "Facebook" hesabında paylaşımlar etmişdir.

 

Modern.az-ın məlumatına görə, bunu bu gün keçirilər brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

 

H.Hacıyev bildirib ki, Paşinyanın yalan paylaşımına görə, hansısa dronlar Yeravan üzərində hərəkət edirlər. Paşinyan bu dronların vurulması ilə bağlı da paylaşımlar da etdi:

 

"Daha sonra isə proqramla hazırlanmış bu yalan videolar sosial şəbəkələrdən silindi".

 

H. Hacıyev nəzərə çatdırıb ki, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, bizim erməni xalqı, mülki əhali ilə işimiz yoxdur: “Mülki şəxsləri hərbi obyektlərdən kənar durmağa çağırırıq. Bu halda onların da təhlükəsizliyi təmin oluna bilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada