Modern.az

Azərbaycan Ordusu düşmənin hərbi infrastrukturunu sıradan çıxarır

Azərbaycan Ordusu düşmənin hərbi infrastrukturunu sıradan çıxarır

Aktual

2 Oktyabr 2020, 14:42

Əməliyyatların gedişi göstərir ki, Azərbaycan Ordusu dronlardan, yüksək texnologiyalardan istifadə edərək düşmənin hərbi infrastrukturunu sıradan çıxarır.

Modern.az xəbər verir ki, bu sözləri oktyabrın 2-də keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Prezidentin köməkçisi bildirib ki, Ermənistanın silahlı qüvvələrinin əsas logistik, hərbi-sursat anbarlarına ciddi zərbələr vurulub.

“Bu, Ermənistan silahlı qüvvələrinin müqavimətini əsaslı şəkildə sarsıdır. Bu zərbələr Ermənistan silahlı qüvvələrinin cəbhədəki bölmələrinin müqavimətini böyük dərəcədə azaldıb. Otuz il ərzində Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qurulmuş hərbi istehkam sistemlərinin, maddi-texniki bazanın qısa müddətdə sıradan çıxarılması Ermənistan silahlı qüvvələrinin döyüş müqavimətinin sıradan çıxarılması deməkdir”, - deyə H.Hacıyev vurğulayıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada