Modern.az

“Fransanın siyasi rəhbərliyi erməni lobbisi ilə siyasi korrupsiyaya qurşanıb” - Əli Hüseynli

“Fransanın siyasi rəhbərliyi erməni lobbisi ilə siyasi korrupsiyaya qurşanıb” - Əli Hüseynli

Aktual

2 Oktyabr 2020, 15:24

“Görünən odur ki, Fransanın siyasi rəhbərliyi erməni lobbisi ilə siyasi korrupsiyaya qurşanıb.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

O deyib ki, ATƏT-in Minsk qrupunun indiki formatının 1997-ci ildə formalaşması başa çatıb:

“Hələ o zaman da Azərbaycan ictimaiyyəti Fransanın Minsk qrupunda təmsil olunmasına etimadla yanaşmırdı. Amma buna baxmayaraq, bu illər ərzində Azərbaycan və Fransa ikitərəfli münasibətləri daim inkişafda olmuş,  parlament əlaqələri də dərinləşmiş, Fransa-Azərbaycan dostluq qrupu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləmişdir. Xalqlarımız arasında da mədəni münasibətlər inkişaf etmişdir. Amma təəssüf olsun ki, Fransanın dövlət başçısı ATƏT-in Minsk qrupunun həmsədr dövlətinin başçısı kimi ədalətli və bitərəf olmaq əvəzinə qərəzli davranır, separatçı Ermənistanı açıq şəkildə müdafiə edir. Belə yanaşma yolverilməzdir və Fransanın həmsədr kimi mövqeyinə ciddi kölgə salır”.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ara qarışdı - Çevriliş xəbərdarlığı edildi - Gündəm Masada