“Qərb keçmiş SSRİ-dən miras qalmış milli münaqişələrə Rusiyanın içəridən dağıdılması vasitəsi kimi baxır, ona görə də E.Makron Qarabağ münaqişəsinin başa çatmasından narahatdır”
Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əziz Ələkbərli deyib.
Deputat bildirib ki, əslində, məsələnin izahı çox sadədir:
“Fransa dövlətinin və onun prezidentinin ermənipərəst mövqeyi məlumdur, lakin bu, öz yerində. Əsas məsələ odur ki, 1988-ci ildə Qərb və Qərbin SSRİ rəhbərliyinə gətirdiyi agentura şəbəkəsi SSRİ-də milli münaqişələri, o cümlədən Qarabağ münaqişəsini yaratmaqla, qızışdırmaqla SSRİ-nin dağılmasını sürətləndirdilər və buna nail oldular. Bu gün də Qərb bu münaqişələrin, o cümlədən və ilk növbədə Qarabağ müharibəsinin genişlənməsində və Rusiyanın içərilərinə keçməsində maraqlıdır. Çünki Qərb keçmiş SSRİ-dən miras qalmış bu milli münaqişələrə Rusiyanın içəridən dağıdılması vasitəsi kimi baxır. Fransa prezidenti E.Makronun şəxsində Qərbin bu münaqişələrdən onlara ən sərf edəni olan Qarabağ münaqişəsinin başa çatması ilə bağlı narahatlığı buradan qaynaqlanır. Niyə “bu münaqişələrin Qərbə ən sərf edəni” deyirəm, çünki bu münaqişələrdən heç birinin separatçı tərəfi ermənilər qədər şərəfsiz deyil, ermənilər dünən olduğu kimi, bu gün də Qərbin əlində maşadırlar, maşa olmaq bu millətin xislətindədir. Amma təəssüf ki, Rusiya ictimaiyyəti məsələnin bu tərəfinə əhəmiyyət vermir və Rusiya siyasətində, Rusiya mediasında kifayət qədər özünə yer eləmiş ermənilərin və ermənipərəst qüvvələrin təsiri altında antiazərbaycan və ermənipərəst təbliğat aparılmaqda davam edilir. Əgər Rusiya siyasi dairələri və Rusiya ictimaiyyəti Qərbin bu antirusiya siyasətini dərk edirsə və Rusiyanın bir dövlət kimi Qərbin siyasətinə qurban olmamasını istəyirsə, Rusiya mediasındakı ermənipərəst təbliğatı dərhal dayandırmalıdır və Qarabağ müharibəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həmişəlik başa çatmasında maraqlı olmalıdır”.