Amerika Birləşmiş Ştatların Ermənistandakı səfirliyi ABŞ vətəndaşlarına Ermənistana qeyri-zəruri səfərlər etməmək barədə xəbərdarlıq edib.
Modern.az-ın məlumatına görə, səfirlik habelə diplomatik missiyanın əməkdaşlarına və onların ailə üzvlərinə Yerevan vilayətindən çıxmamaq barədə təlimat verib.
Səfirliyin internet saytında ABŞ vətəndaşlarına Yerevanın cənubuna, Sevan gölünün şərq hissəsinə, M4 və M16 magistral şose yollarından şərqə, Dilican Milli Parkınından şimala və Tavuş rayonunda Gürcüstanla sərhədədək ərazilərə səfərlərdən çəkinmək çağırışı edilir.
ABŞ vətəndaşlarına təhlükəsizlik vəziyyətini, habelə yerli media xəbərlərini izləmək, izdihamlardan və nümayişlərdən kənar durmaq tövsiyə olunur.