“Vətən uğrunda şəhidlərimiz var. Şəhid ailələrinə dövlət öz qayğısını göstərir və göstərəcək. Ancaq xalq da bu işdə öz sözünü deməlidir- şəhidin ailəsinə maddi dəstəklər göstərməlidir”.
Modern.az-ın məlumatına görə, bu təşəbbüslə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan ziyalı Abasqulu Maqsudov çıxış edib. O bildirib ki, bunun üçün hər şəhid valideyninin adına bank hesabı açılmalı, könlü olan hər kəs o hesaba imkanı çatan yardımı köçürməlidir:
“Vətən uğrunda şəhidlərimiz var. Şəhid ailələrinə dövlət öz qayğısını göstərir və göstərəcək. Ancaq xalq da bu işdə öz sözünü deməlidir - şəhidin ailəsinə maddi dəstəklər göstərməlidir. Bunun üçün hər şəhidin valideyninin adına bank hesabı açılmalı, könlü olan hər kəs o hesaba imkanı çatan yardımı köçürməlidir. Yerli İcra hakimiyyətləri şəhidin dəfnini, yığıncağını təşkil edir, ancaq onların bu imkanı da çox və sonsuz deyil.
Bu işdə təşkilatçı rolunda hər dairədən seçilmiş deputat və onun köməkçisi çıxış edə bilər.
Bu addım belə məqamda xalqın birliyinin və şəhidinə sahib çıxmasının ən gözəl nümunəsi ola bilər”.