Modern.az

“Hazırda düşmən kəndlərimizi atəşə tutur, qəti cavab tədbirləri görülür” - Nazirlik

“Hazırda düşmən kəndlərimizi atəşə tutur, qəti cavab tədbirləri görülür” - Nazirlik

Aktual

3 Oktyabr 2020, 10:42

Hazırda düşmən kəndlərimizi atəşə tutur, qəti cavab tədbirləri görülür.

 

Oktyabrın 3-ü gecə ərzində Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər şəhəri, rayonun Səhləabad, Qəzyan, Qapanlı, Qaynaq, Əskipara, Hüsənli, Ağdam rayonunun Ayaq Qərvənd, İmamqulubəyli, Qaradağlı, Təzəkənd, Ağcəbədi rayonunun Muğanlı, Qiyaməddinli, Rəncbərlər və Goranboyun Tapqaraqoyunlu kəndi intensiv artilleriya atəşinə tutulub.

Hazırda Ağdam rayonunun Quzanlı, Əlibəyli və Ayaq Qərvənd kəndləri artilleriya atəşinə tutulur. Ordumuz tərəfindən düşmənə qarşı qəti cavab tədbirləri görülür.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan ŞOK İTTİHAM - Ukrayna bizi Bakıdan VURUR!