Modern.az

Ombudsman Aparatı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Ombudsman Aparatı Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Aktual

3 Oktyabr 2020, 14:16

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Azərbaycan Ordusuna dəstək aksiyasına qoşulub.

 

Modern.az xəbər verir ki, Silahlı Qüvvələrə Yardım Fonduna 20.000 AZN məbləğində pul vəsaiti köçürüb.

Qeyd edək ki, Ermənistanın beynəlxalq humanitar hüququn norma və prinsiplərini, Cenevrə Konvensiyalarını, xüsusilə Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında 1949-cu il 12 avqust tarixli Konvensiyanı, BMT-nin Uşaq

Hüquqları Konvensiyasını və insan hüquqları sahəsində digər sənədlərin müddəalarını kobud şəkildə pozması ilə bağlı faktlar Azərbaycan Ombudsmanı tərəfindən davamlı olaraq beynəlxalq təşkilatların diqqətinə çatdırılır, Ermənistanın qeyri-insani hərəkətlərinə son qoyulması istiqamətində nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən ciddi ölçü götürülməsi tələb edilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV