Modern.az

Azərbaycan qızıl ixracını artırıb

Azərbaycan qızıl ixracını artırıb

Aktual

3 Oktyabr 2020, 14:55

2020-ci ilin avqustunda Azərbaycan 28 milyon dollar məbləğində qızıl ixrac edib.

 

Modern.az-ın məlumatına görə, ixrac 2019-cu ilin avqustu ilə müqayisədə 5,3 milyon dollar və ya 23,3 faiz artıb.

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 124,4 milyon dollar məbləğində qızıl ixrac edib. Bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 16,7 milyon dollar və ya 15,5 faiz çoxdur.

 

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanın qeyri-neft ixracı 1,954 milyard dollar təşkil edib.

İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2024-cü ilədək Azərbaycanın qeyri-neft ixracı 3 milyard dolları keçəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV