Modern.az

“Qarabağ sadəcə torpaq itkisi deyil, həm də qürur məsələsidir”- Deputat

“Qarabağ sadəcə torpaq itkisi deyil, həm də qürur məsələsidir”- Deputat

Aktual

3 Oktyabr 2020, 17:08

“Azərbaycan xalqı üçün Qarabağ sadəcə torpaq itkisi deyil, həm də qürur məsələsidir”.

 

Bu sözləri Modern.az-a deputat Fazil Mustafa deyib. O bildirib ki, qürur  hiss, qarşımızda ləyaqətli bir düşmən  olmadığı üçün yaranır:

“Ermənilər hərbi qaydaları tamamilə pozurlar və dinc əhaliyə qəsd edirlər. Təsəvvür edin işğal etdikləri Şuşada hələ bir parlament qururlar. Amma bu məsələnin ardında minlərlə insanın ahı olduğunu unudurlar.  Hazırda Azərbaycan xalqı illərdir içində tutduğu hislərin patlamasını yaşayır.  Baxmayaraq ki, artıq mənim əlli beş yaşım var, əgər mənə ehtiyac yaranarsa düşünmədən ordumuza qoşularam. Mənim kimi bir çox gənc öz vətən borcunu ödəmək üçün səbirsizlənir”.                                                                                          

 

Mustafa xatırladıb ki, əvvəllər danışıqlar uzandığı vaxtda hər kəs hesab edirdi ki, yeni nəsilə Qarabağ məsələsini unutdurmağa çalışırlar:

“Lakin müharibə başlayan kimi vəziyyətin bu cür olmadığı aydınlaşdı. Xalqımızın böyük potensialı var.  Xalq bir fenomendir, müəyyən məsələləri onların ümidinə buraxmaq lazımdır. Hətta Güney Azərbaycandakı soydaşlarımız da hadisələrə səssiz qala bilmədilər. Bütün yaşadığımız hisslərin səbəbi içimizdəki qüruru tapdalanmış insan obrazıdır. Ona görə də, biz gözləməliyik bir sıra məsələləri bu fenomen həll etsin”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV