AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor Nazim Müzəffərli (İmanov) bir aylıq əməkhaqqı məbləğində vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb.
Modern.az-ın məlumatına görə, N.Müzəffərli müxbirimizin sualına cavabında bu məlumatı təsdiqləyib və ümidvar olduğunu bildirib ki, İnstitutun imkanı çatan digər əməkdaşları da bu təşəbbüsə qoşulacaqlar.