Modern.az

Zərbə PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir - Rəsmi XƏBƏR

Zərbə PUA-larımız ermənilərin döyüş texnikalarını məhv edir - Rəsmi XƏBƏR

Aktual

3 Oktyabr 2020, 19:07

Ermənistan tərəfi bu gün yenidən guya Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin və pilotsuz uçuş aparatlarının vurulması ilə bağlı dezinformasiya yayıb.

Azərbaycanın Müdafiə Nazirlyi bununla bağlı açıqlama verib. Modern.az-a daxil olan açıqlamada deyilir:

"Bir daha bildiririk ki, Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus heç bir döyüş təyyarəsi vurulmayıb. Əksinə, Azərbaycanın zərbə PUA-ları Ermənistan silahlı qüvvələrinin döyüş texnikalarını məhv etməkdə davam edir. PUA-larımızın döyüş fəaliyyəti ilə bağlı videogörüntülər mütəmadi ictimaiyyətə təqdim olunur.

Ermənistan müdafiə nazirliyinin rəsmiləri Azərbaycanın itkiləri barədə yalan məlumatlar yaymaqla onların döyüşlərlə bağlı informasiya boşluğunu doldurmağa çalışırlar".

Sizə yeni x var
Keçid et
Ukrayna aman vermir - Rusiya yenə bombalanır