Modern.az

Ordumuz düşmənin daha 5  hərbi texnikasını ələ keçirdi

Ordumuz düşmənin daha 5  hərbi texnikasını ələ keçirdi

Aktual

3 Oktyabr 2020, 21:01

Cəbhədə gərgin döyüşlər davam edir. 

 

Modern.az xəbər verir ki, bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı məlumat verib. 

 

Azərbaycan Ordusunun uğurlu əməliyyatı nəticəsində düşmən yenə də geri çəkilib və hərbi texnikalarını ataraq qaçıb. 

 

Hərbçilərimiz ermənilərin daha bir neçə hərbi texnikasını - 4 "KamAZ" və 1 "QAZ-54" markalı avtomobil hərbi qənimət kimi ələ keçirib.

 

Avtomobillərin içərisində erməni əsgərlərinə məxsus əsgər geyimləri, əsgər ləvazımatları, rabitə və digər mühüm hərbi vasitələr aşkar edilib. 

 

Hərbi texnikaların hamısı işlək vəziyyətdədir. 

 

Qeyd edək ki, daha əvvəl düşmənin bir neçə hərbi maşını da qənimət olaraq ələ keçirilmişdi. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV