Türkiyədə son sutka ərzində daha 59 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 8 384 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçən 103 219 nəfərdən 1 470-nin cavabı pozitiv çıxıb. Müalicə olunan 1 211 xəstə isə bu gün evə buraxılıb. Türkiyədə, ümumilikdə, 323 014 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub".