Modern.az

Almaniyada “Erməni terroru və işğalına yox” yürüşü - VİDEO

Almaniyada “Erməni terroru və işğalına yox” yürüşü - VİDEO

Aktual

4 Oktyabr 2020, 00:16

Almaniyada yaşayan azərbaycanlılar Ordumuzun uğurla davam etdirdiyi anti-terror əməliyyatına dəstək olmaq məqsədi ilə “Erməni terroru və işğalına yox” adlı yürüş keçiriblər.

 

Modern.az xəbər verir ki, həmvətənlərimizin yürüşü Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Düsseldorf şəhərində baş tutub. Yürüşdə Almaniyanın digər əyalətlərində yaşayan həmvətənlərimiz də iştirak ediblər. Düsseldorf şəhər dəmir yolu vağzalı qarşısından start götürən yürüş toplanış məntəqəsinə qədər mərkəzi küçələrlə davam edib.

Xeber.de -nin məlumatına görə, yürüş iştirakçıları əllərində Azərbaycan, Türkiyə bayraqları, erməni terroru və işğalına diqqəti çəkmək üçün ingilis və alman dilində şüarlar yazılan plakatlarla “Qarabağ Azərbaycandır”, “Erməni terroruna yox!”, “Azərbaycan var olsun, istəməyən kor olsun”, “Azərbaycan-Türkiyə”, “Şəhidlər ölməz, Vətən bölünməz” kimi şüarlar səsləndiriblər.


Yürüş toplanış məntəqəsində çıxışlarla davam edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV