Modern.az

Goranboyda iki minik avtomobili toqquşdu: 11 yaralı

Goranboyda iki minik avtomobili toqquşdu: 11 yaralı

Aktual

4 Oktyabr 2020, 09:16

Goranboyda iki minik avtomobili toqquşub.

 

Modern.az-ın məlumatına görə, hadisə  Zeyvə-Səfikürd  avtomobil yolunda baş verib.

 

Qəza nəticəsində aralarında yeniyetmələr və 2016-cı il təvəllüdlü azyaşlı olmaqla, 11 nəfər Zeyvə kənd sakini xəsarət alıb. Onlardan . 1984-cü il təvəllüdlü Rzayeva Təhminə Vəli qızı və 1960-cı il təvəllüd Aslanova Ramiyə Nəzir qızına rayon xəstəxanasında lazımı tibbi yardım göstərilib, 2 nəfər rayon xəstəxanasında reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır. (APA)

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Ö*lən və yaralananlar var - Xəbəriniz Var? - Media Turk TV