Prezidentin köməkçisi Hikmət Hacıyev düşmənin Gəncəni atəşə tutmasına münasibət bildirib.
Modern.az xəbər verir ki, H. Hacıyev qeyd edib ki, Ermənistanın siyasi hərbi rəhbərliyinin hərbi və müharibə cinayətləri davam edir:
"Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Gəncə şəhərinə Ermənistan ərazisindən raketlər atılıb.
Ermənistan silahlı qüvvələri qəsdən və hədəflənmiş şəkildə Tərtər şəhərini, Füzuli rayonunun Horadiz şəhərini ağır artilleriyadan və raketlərdən istifadə etməklə atəşə tutub.