Modern.az

“Azərbaycan peyk vasitəsilə atəşlərin trayektoriyasını müəyyənləşdirəcək”

“Azərbaycan peyk vasitəsilə atəşlərin trayektoriyasını müəyyənləşdirəcək”

Aktual

4 Oktyabr 2020, 13:57

“Azərbaycana atılan raket atəşləri işğal altında olan torpaqlardan yox, Ermənistan ərazisindən atılır”. 

 

Modern.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev keçirdiyi brifinqdə deyib. 

 

Onun sözlərinə görə, Ermənistanın Vardenis şəhəri yaxınlığındakı bazadan Azərbaycana atəşlər atılıb: “Azərbaycan peyk texnologiyası vasitəsilə atəşlərin trayektoriyalarını müəyyənləşdirərək Beynəlxalq İctimaiyyətə çatdıracaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...